Dubaydan olan milyarder Hüseyn Xacvani Roberto Cavalli dəb evinin sahibi olub. Bloomberg-in məlumatına görə, əməliyyat Damac properties (DİCO) səhmqrupuna daxil olan Vision İnvestments şirkəti vasitəsilə baş tutub. Məbləğ açıqlanmır.
Qeyd edək ki, DİCO BƏƏ-də elit daşınmaz əmlaka vəsait qoymaqla məşğuldur və brendin idarəçiliyində stabilliyi təmin edəcəklərinə də söz veriblər.
Roberto Cavalli brendinin Vision İnvestments tərəfindən alınması, DİCO ilə adıçəkilən brend arasında 2017-ci ildə əldə edilən tərəfdaşlığın inkişafıdır.