Tətbiqetmə vasitəsi ilə optimallaşdırılmış yaddaşda olan NoSQL verilənlər bazası həlli Aerospike startapı Triangle Peak Partners-in başçılıq etdiyi D seriyalı investisiya turunda 32 milyon dollar investisiya qazanıb. NewView Capital Partners, Alsop Louie Partners və Eastward Capital Partners də investisiya turunda iştirak ediblər.
Bizplus.az bildirir ki, geniş miqyası və sürətli hərəkəti ilə seçilən Aerospike, bu investisiya turu ilə bu günə qədər cəmi 78 milyon dollar sərmayə qazanıb.
Aerospike-nin kommersiya məhsulu Verizon Media- nın məlumat infrastrukturunu dəstəkləyir və Paypal, Nielson, AirTel və Snap kimi şirkətlərə fərqli xidmətlər təklif edir. Kommersiya məhsulundan əlavə, Aerospike-də dünyanın hər yerindən proqram təminatçılarını dəstəkləyən açıq mənbəli icma versiyası mövcuddur.
Şirkət gəlirlərini illik müqayisədə 50 faiz artırdığını və mövcud müştərilərinin 95 faizinin daimi müştəri olduğunu söyləyib.