“eBay” StubHub xidmətini “Viagogo”ya satır

Date:

Paylaş:

Amerikanın “eBay” internet-hərracı bilet xidməti StubHub-u “Viagogo” şirkətinə satmaqla bağlı razılığa gəlib. Əməliyyatın məbləği 4,05 mlrd. dollardır. Tərəfdaşlar müqaviləni 2020-ci ilin birinci rübündə bağlamağı nəzərdə tuturlar. Bunun üçün tənzimləyicilərin razılığı lazımdır.

Qeyd edək ki, Viagogo-nun baş direktoru Eric Beyker StubHub-un yaradıcılarından biri olub. O,  hələ 2007-ci ildə eBay xidmətini 310 mln. dollara almazdan qabaq şirkəti tərk edib.

StubHub və Viagogo-nun birlikdə gün ərzində 70-dən çox ölkədə “yüz minlərlə” bilet satacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...