İnternet-dələduzları və bloggerlər necə həkim və müəllimlərdən qat-qat çox qazanırlar

Date:

Paylaş:

Söhbət adi adamların, məsələn, uşaqların və  böyüklərin ayda milyonlar qazanmasından gedir. Halbuki, halal zəhmət ilə qazanan mütəxəssislər adi maşın belə ala bilmirlər. Təbii ki, söhbət istirahət bilmədən 24/7 işləyən azad işçilərdən getmir. Sözügedən şəxslər Twitch, Instagram və YouTube kimi platformalarda auditoriyanı aldada bilən  tanınmış adamlardır. Onlar həmin auditoriyanın uduzmasından və ya uğursuz yatırımlarından qazanırlar.

Bir həkim kimi çoxlu pul qazanmaq üçün ən azı 6 il Universitet oxumaq, buna pul ödəmək, diplom müdafiə etmək, iş təcrübəsi əldə etmək lazım gəlir.

Belə götürək ki, bir həkim həyatının 40 ilini bu işinə həsr edir. Hər ay onun əməyi 600 azn qiymətləndirilir.

Blogger olub ayda 10-15 milyon manat qazanmaq üçün isə bütün mənəvi dəyərlərdən uzaqlaşmaq, kamera və mikrofon almaq, Sony Vegas proqramını bilmək lazım gəlir. Bundan başqa, təhsilə bir qəpik də olsun pul xərclənmir. Ən əsası isə abunəçilərə edilən satışdır : bioloji aktiv əlavələr ( ayda 10 milyon manatdan başlayaraq), Telegram-kanalda idman proqnozları ( gündə 1 milyon manata qədər), faydasız məsləhətlər və başqaları.

Ayda 10-15 milyon qazanma söhbəti tanınmış bir xanımın hekayəsindən qaynaqlanır. Belə ki, o, İstagramda zərərli məsləhətlər satır və gün ərzində onlarla bəzi əlavələrin köməyi ilə bütün xəstəlikləri sağaldır. Bəs görəsən beləcə 3-4 ilə ərzində nə qədər pul qazanmaq olar? – Qeyd edək ki, bloggerlər 3-4 il fəaliyyət göstərirlər.

Hesablasaq bu müddət ərzində təxminən 480 milyon manat qazanc alınır.

Müqayisə üçün deyək ki, bloggerlər bazarına heç kim nəzarət etmir. Onlar istənilən bir məlumatı yaya və onun nəticələrinə görə isə heç bir məsuliyyət belə daşımaya bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...