Avropanın ən zəngin adamı bir mağazaya $1 mlrd. xərcləyərək, “istehlak məbədi” ni yaratdı

Date:

Paylaş:

“Dior” və “Louis Vuitton” adlı şirkətlərin sahibi olan Bernard Arnault, Parisin mərkəzində yerləşən mağazanın satın alınmasına və təmirinə 1 milyard dollardan çox pul xərcləyib. Milyarderin “Amazon” ola-ola “istehlak məbədi” ni yaratmaqda məqsədi nədir?

Parisin mərkəzində – Luvr ilə qonşuluqda yerləşən “La Samaritaine” mağazası fəaliyyətini aprel ayında bərpa edəcək. Qeyd edildiyi kimi, mağazanın içi 19-cu əsrin üslubunda bəzədiləcək.

Bu gün alıcılar internet mağazalarda alış-veriş etməyi üstün tuturlar və bu, sahibkarların offlayn şəbəkələrini bağlamağa məcbur edir. “Bloomberg” in fikrincə, bunun bariz nümunəsi Amerikanın “Macy’s” və Britaniyanın “House of Fraser” mağazalar şəbəkəsidir.

Çinə bahis etmək

“LVMH” qeyd edir ki, parisliləri mağazada eksklüziv geyim, tanınmış brendlər və geniş çeşidli restoranlar şəbəkəsi gözləyir. Buna baxmayaraq, “Bloomberg”-in verdiyi məlumata görə. “La Samaritaine” nin hədəf auditoriyası çinli turistlər olacaq. ABŞ və Çin arasında gedən  ticarət müharibəsinə baxmayaraq, çinlilər yenə də “LVMH” brendlərinin pərəstişkarları olaraq qalırlar və bu, lüks sənayenin inkişafına kömək edir.

Qeyd edildiyi kimi, “La Samaritaine” in hədəfi əsasən zəngin turistlərdir. Belə ki, təmir işlərindən sonra univermaqın alış-veriş üçün nəzərdə tutulmuş sahəsi iki dəfə azaldılacaq. Boş yeri beşulduzlu “Cheval Blanc” oteli, restoranlar, ofislər və Spa-salonlar tutacaq. Riteyler ildə bir neçə milyon ziyarətçi cəlb etməyi planlaşdırır, univermaqda 600-dən çox brend təqdim ediləcək.

Xatırladaq ki, avqust ayında “McKinsey” şirkəti “The Chinese Luxury Consumer” məruzəsində lüks malların alışına görə çinlilərin liderlik etdiyini söyləmişdir. “Bain” şirkətinin proqnozlarına görə, 2025-ci ilə qədər lüks malların alışının ən az 45%-i Çin vətəndaşlarının payına düşəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...