Bakıda reklam skrollerləri məsafədən idarə olunacaq

Date:

Paylaş:

Bakıda küçə reklamında istifadə olunan skrollerlərdə reklamların nümayişi məsafədən idarə olunacaq.

Yaxın 20 gün ərzində skrollerlərdə tətbiq olunacaq avtomatlaşdırılmış nəzarət sisteminə əlavə funksiyalar inteqrasiya olacaq. Bu funksiyalar əlavə olduqdan sonra quraşdırma işlərinə başlanıla bilər. İlkin mərhələdə 200 skrollerin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, yeni sistem məsafədən skrollerlərdə reklamların nümayiş vaxtının təyin edilməsinə imkan yaradacaq. Reklamın nümayiş olunacaq vaxtını ödənişdən asılı olaraq təyin etmək mümkün olacaq. Sistem həmçinin real vaxt rejimində skrollerlərdə hansı reklamın nümayiş olunduğuna nəzarət etməyə imkan yaradacaq.

Skrollerlərin digər bir funksiya ondan ibarət olacaq ki, əgər reklam verən şirkət tərəfindən ödəniş aparılmasa, sistem üzərindən reklamı bloklamaq mümkün olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...