“Apple” şirkəti “Apple Music for Business” xidmətini təqdim edib

Date:

Paylaş:

“Apple” biznes üçün xüsusi “Apple Music” tarifini istifadəyə verib. Ona abunəliyin qiyməti açıqlanmır.

Standart “Apple Music”-ə abunəlik xidmətdən kommersiya məqsədləri üçün musiqi qoşulmasına imkan vermir, lakin “Apple Music for Business” pərakəndə mağazalarda, kafelərdə və digər ərazilərdə musiqi səslənməsinə icazə verir. “Apple” özü şirkət-brendlər üçün tövsiyyələr və yüzlərlə özəl musiqi siyahısı yaradır. “Apple Music”-ə fərdi abunəliyin qiyməti ABŞ üzrə 9,99 dollardır.

Yarım il ərzində “Apple Music for Business” abunəliyə 25 hesab qeydə alıblar. Onlardan biri məhşur London univermağı “Harrods”dur. Belə ki, burada eskalatorlar ətrafında “Apple Music”-də Harrods “playlist”dən musiqilər təklif edən bannerlər-lövhələr quraşdırılıb. Harrods  reklamı  üzrə rəsmiləşmiş hər sınaq abunəliyinə görə univermaq tərəfdaşlıq komissiyası əldə edir.

“Apple Music for Business” hələ də 100-dən çox mağazaya malik böyük pərakəndə şəbəkələr üzrə ixtisaslaşıb. Artıq şirkət həm də kiçik və orta bizneslər arasında da xidmətin təşviqatını planlaşdırır. “Apple Music for Business”-in hansı ölkələrdə keçərli olduğu Apple-da qeyd edilməyib.

PlayNetwork “Apple Music for Business”-in tərəfdaşıdır. O, kommersiya istifadəsi üçün musiqilər üzrə ixtisaslaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...