Bloomberg xəbər verir ki, son bir neçə ildə Çində genetik testlə körpələrin gələcək potensialının aşkar edilməsini təklif edən şirkətlər yaranıb. Onlar “dahi-uşaqları” təyin edəcəklərinə söz verirlər və hansı sahə üzrə yetişdirilməli olduqları barədə məsləhətlər verəcəklər.
Çində biotexnologiya və genetik testlər bazarının sürətlə inkişaf etməsi ilə əlaqədar olaraq DNT testlərlə məşğul olan şirkətlərin xidmətlərindən istifadə edənlərin də sayı artıb – 2018-ci ildə 1,5 mln. insan.
Sözügedən şirkətlərdən biri Gene Discovery-dir. Onların testləri saytlarında satılır və qiyməti 575 dollardır.
Şirkətin müştərilərindən biri olan Kris Yunq Bloomberg-ə bildirib ki, qızının ya hüquqşünas ya da həkim olmasını istəyir. O, uşağın tüpürcəyini şirkətə test üçün göndərib və məlum olub ki, onun qızı detalları yadda saxlamaq qabiliyyətinə malik deyil və musiqiyə, riyaziyyata və idmana uyğun gələn bacarıqları var.
Amerikanın araşdırmaçı Global Market Insights Inc.firması, 2025-ci il üçün DNT testləri üzrə xidmətlər satışının keçən ilki 41 mln. dollardan üç dəfə artaraq 135 mln. dollara çatacağını proqnozlaşdırır. Çinin EO Intelligence konsaltinq şirkəti bu bazarın sürətlə inkişaf edəcəyini hesab edir – 2022-ci il üçün 205 mln. dollar.
Oksford universitetinin genetiki və böyük ixtiralar Universitetinin direktoru bu testlərin dəqiq elmi əsaslarının olmadığını düşünürlər. Sonuncu, insanın gələcəyinin DNT-dən asılılığını qəbul etməyərək bu testlərin ancaq qismən müəyyən meylləri aşkar edə bilməsini qeyd edib.