Uğurlu marketinq sirlərindən biri – SMP

Date:

Paylaş:

Marketinq və reklam bazarının ayrılmaz abreviaturası olan SMP-nin (Single-Minded Proposition – hədəflənmiş təklif) 50 yaşı olsa da, bu gün həmişəkindən daha aktualdır.

Bizplus.az bildirir ki, terminin yaradıcısı Rosser Rivzə görə, bütün reklam və marketinqin taleyi, uğurlu kampaniyaların təməli bu kəlmələrin üzərində qurulur.

Bu kəlmələr  istehlakçıya məhsul haqqında təklif ötürür. Təklif çox güclü olmalıdır. Elə unikal olmalıdır ki, onu indiyə qədər heç kim səsləndirməsin. O qədər ambisiyalı olmalıdır ki, milyonlarla müştərini rəflərə cəlb etsin.

ABŞ-ın böyük reklam şirkətlərində deyirlər ki, “SMP-si olmayan kreativi almısınızsa, onu geri göndərin. Özünüz SMP-siz brif (tərəflər arasında əməkdaşlığı planlaşdıran qısa yazılı xülasə, təlimat) yazırsınızsa, deməli, yanlış işlə məşğulsunuz. Əgər şirkət rəhbəri kimi SMP-siz brif təsdiq edirsinizsə, öz biznesinizi uçuruma aparırsınız”.

Milyonların beyninə yazılmış ən uğurlu SMP-lərə misal olaraq aşağıdakıları təqdim edirik

Nike: Sadəcə bunu elə (Just do it).

FedEx: Bütün dünya vaxtında (The World on Time)

Apple: Fərqli düşün (Think different)

M&M: Ağzınızda əriyir, əlinizdə yox (Melt in your mouth, not in your hand)

SMP-ni yaratmaq üçün məhsulunuzu daha yaxşı tanımalısınız. Onu hiss edin. Öz brendinizin müştərisi olun ki, sadə və vacib suallara cavab verəsiniz: Nəyi bəyəndiniz, nəyi yox?

Məhsul və ya xidmətdən istifadə zamanı bu suallara cavab tapmalısınız:

– Komandamız/brendimiz kimdir, nədir?

– Nə satırıq?

– Müştərimiz kimdir?

– Müştəri bu məhsulu niyə almalıdır, hansı problemlərini həll edir?

– Niyə müştəri məhz bizim məhsulu almalıdır?

Suallara qısa və konkret cavab verəndən sonra cavabları müştəri gözü ilə oxuyun və səsləndirin. Və artıq deyilənlərin nəticəsində SMP tərtib edin. SMP bir-iki cümlədən ibarət olmalıdır.

SMP-nin uğurlu olması üçün inandırıcılıq, satın almaq arzusu oyatması, diqqəti cəlb etməsi vacibdir.

Əgər bu 3 şərti yerinə yetirən məhsulunuz, xidmətiniz və onun məzmununu açıqlayan “SMP”niz yoxdursa, reklama pul xərcləməyiniz əbəsdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...