“Sony” şirkəti AT&T-yə məxsus Game Show Network şirkətinin səhmlərinin 42%-ni 500 mln. dollara alıb. Bu barədə Deadline xəbər verir. Əməliyyat bağlandıqdan sonra “Sony” GSN səhmlərinin 100%-ni əldə edəcək.
Qeyd edək ki, GSN əyləncəli proqramlar və şoular yayımlayan amerikan telekanalıdır. Şirkətin həm də GSN Games brauzer oyunları və mobil telefonlar tərtibatı üzrə bölməsi də var.
GSN Games-in 6 ofisi var: Londonda, Bostonda, San-Fransiskoda, Təl-Əvivdə. Banqallorda və Kiyevdə.
DUO-nun məlumatına görə, Ukraynadakı ofisində 80 mütəxəssis çalışır.