Hindistan Sənaye Konfederasiyasının (CII) üzvləri olan məşhur şirkətlərin nümayəndələrindən ibarət biznes nümayəndə heyəti Bakıya gələcək.
Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər noyabrın 20-22-də baş tutacaq.
Səfər zamanı diplomatik missiya noyabrın 21-də biznes-simpozium təşkil edəcək.
CII Hindistanın sənaye sahəsinin inkişafı prosesində aktiv rol oynayan qeyri-hökumət təşkilatıdır. 1895-ci ildə qurulan Hindistanın qabaqcıl biznes strukturunun kiçik və orta sahibkarlıq və transmilli korporasiyalar da daxil olmaqla dövlət və özəl sektordan olan 9100-dən çox üzvü var.