Tədqiqatçılar milyarderlərin 3 əsas keyfiyyətini adlandırdılar – heç bir intellekt ilə əlaqəli deyil

Date:

Paylaş:

UBS və PWC tədqiqatçıları milyarderlərin riskə meyllilik, diqqətcillik və qətiyyət ilə fərqləndiklərini yazırlar. Bu keyfiyyətlər “milyarder effekti” nə gətirib çıxarır: milyarderlərin şirkətləri digərlərindən iki qat çox gəlir əldə ediblər.

UBS və PwC-ın verdiyi məlumata görə, 2003-cü ildən 2018-ci ilə qədər milyarderlərin sahib olduqları şirkətlər 17,8%, digərləri isə 9,1% gəlir əldə ediblər.

Tədqiqatçılar milyarderlərin fərqli düşüncə tərzinə sahib  olduqlarını söyləyirlər: onlar risk etməyi bacarırlar, digər insanların diqqət etmədikləri fürsətləri gözdən qaçırmırlar və varlı rəhbərlərdən fərqli olaraq daha çox uzunmüddətli perspektivləri düşünürlər.

Alman tədqiqatçısı Rainer Zitelmann-ın məlumatları zəngin insanların fərqli düşüncə tərzinə sahib olduqlarını bir daha təsdiq edir. Belə ki, Zitelmann mülkü 11 milyon dollardan çox olan 43 biznesmenin testlərini təhlil etmişdir. Məlum oldu ki, çox zəngin olan sahibkarlar xəyal qırıqlığının öhdəsindən daha rahat gəlirlər, adətən detallara meylli olurlar və hər zaman yeniliklərə açıqdırlar.

Xatırladaq ki, daha əvvəl “Facebook” un qurucusu Mark Zuckerberg heç bir kəsin milyarder olmağa layiq olmadığını söyləmişdir. Bu gün onun mülkiyyəti 69,6 milyard dollar dəyərində qiymətləndirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...