KOB-lar Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində

Date:

Paylaş:

Kiçik və orta sahibkarlar noyabrın 13-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində (“Caspian Ecology 2019”) məhsul və xidmətlərini təqdim edirlər.

Bizplus.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, Agentliyin təşkilatçılığı, “bp” və “Paşa Holdinq”in dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlar soyuq sıxma üsulu ilə hazırlanmış orqanik bitki yağları, ekoloji çantalar, təkrar emal məhsulları, alternativ enerji vasitələri, su və külək turbinləri, günəş batareyaları, ekoloji təmiz qida məhsulları, meyvə quruları, çaylar və s. məhsullar təqdim edirlər.

KOB-ların təqdim etdiyi məhsullar sərgini ziyarət edən yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.

KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində KOB-lara dəstək göstərir ki, bunlardan biri də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsidir. Bu dəstək çərçivəsində KOB-lar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edir, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar.

“Caspian Ecology 2019” Sərgisi noyabrın 15-dək davam edəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...