Bitcoin’in yaradıcısı olduğu iddia edilən 3 insan

Date:

Paylaş:

Bitcoin yarandığı gündən bəri insanlara ən maraqlı gələn suallardan biri Satoshi Nakamoto adından istifadə edən adamın əslində kim olmasıdır. Hələ də gizli qalan bu sualın cavabı ola biləcək 3 adı nəzərdən keçirək.

Bizplus.az bildirir ki, 31 oktyabr 2008-ci ildə Satoshi Nakamoto ləqəbli biri Bitcoin haqqında məlumat paylaşmışdı. Bu hadisədən artıq 11 il keçir. Bu müddət ərzində bir çox saxta Satoshiler ortaya çıxdı ancaq həqiqi Nakamotonun kim olduğu dəqiq bilinmir.

Satoshi Nakamoto olduğu şübhələnən 3 insanı təqdim edirik:

3. Harold Finney:

Harold Thomas Finney PGP Corporation-da proqramçı kimi çalışır və kariyerası boyunca bir neçə konsol oyunu yaradıb. Finney ilk bitcoin alan insanlardan biridir. Hətta bitcoini Nakamotodan alan ilk insandır.

Finney 10 il ərzində Satoshi Nakamoto ilə eyni qəsəbədə yaşayıb ki, bu da onun əslində elə Nakamoto olduğunu dair şübhələr yaradır. Finney 2014-cü ildə 58 yaşında vəfat etdi və Nakamoto olmadığını söylədi.

2. Nick Szabo:

Nick Szabo komputer mühəndisi olmasıyla yanaşı həm də kriptoloqdur. Szabo mərkəzi olmayan bir digital pul vahidi olan Bit Gold üçün mexanizm yaratmışdı. Bu mexanizm heç bir zaman tətbiq edilmədi amma bir çoxları onu Bitcoinin şəbəkəsinin əsasını qoyan insan kimi tanıyır. Szabo da özünün Nakamoto olması haqqında yayılan məlumatları hər zaman rədd edir.

1. David Kleiman:

David Kleiman kitablar yazan bir komputer mütəxəssisidir. Tez-tez forumlarda və konfranslarda şəbəkə təhlükəsizliyi üzrə çıxışlar edir. 2015-ci ilin dekabrında Kleimanın bitcoinin yaradılmasında pay sahibi olduğu iddia edildi. Bu iddialar isə Nakamoto olduğu iddia edilən digər şəxs – Wright tərəfindən ortaya atıldı. Wright 2016-cı ilin may ayında The Economist jurnalına verdiyi müsahibədə iddiasını təkrar etdi.

Kleiman 2013-cü ilin aprel ayında vəfat etdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...