Tiffany & Co şirkəti Fransanın zinət əşyaları satışı ilə məşğul olan LVMH konserninin hesabladığı 14,5 mlrd. dolları qeyri-kafi hesab edib. Bu barədə mənbələrə istinadən “Reuters” xəbər verir.
Zinət əşyaları şirkəti potensial alıcısına hazırki 120 dolları hər səhmə görə 140 dollara qədər artırmağı təklif edib. Bu əməliyyatın məbləğini 17 mlrd. dollara kimi artıracaq. Şirkətlərin nümayəndələri agentliyin sorğularını cavabsız qoyublar.
Qeyd edək ki, Tiffany özünü, dəyəri 17 mlrd. dollardan az olmayan bir şirkət hesab edir. Bu barədə mənbələrdən əldə edilən məlumatda deyilir.