“Adidas” Beynəlxalq kosmik stansiyada fəaliyyət göstərən amerikan laboratoriyası ilə tərəfdaşlıq barədə xəbər verib. Şirkət mikroqravitasiya şərtləri altında sınaq həyata keçirmək üçün Beynəlxalq kosmik stansiyaya artıq futbol topları göndərib. Bundan başqa, “Adidas” tarixdə ilk dəfə olaraq kosmosda ayaqqabıları sınaqdan keçirəcək.
Brend yeni kosmik araşdırmalar erasının başlanğıcını qoyacağına söz verir və bunun mərkəzində dünya idmançıları dayanacaqlar.
BKS-lə tərəfdaşlığın ilkin mərhələsi məhsulların mikroqravitasiya şərtləri altında sınaqdan keçirilmsinə həsr olunub. Bu sınaq məsələn, futbol topunun hava axınına məruz qalmadan necə fırlanmasını öyrənməkdən ibarət olacaq.
Qeyd edək ki, “Adidas” əldə edilən məlumatları topun hazırlandığı materialın tərkibinin dəyişdirilməsi üçün istifadə edə bilər.
“Adidas”-ın qlobal strategiya məsələləri üzrə vitse-prezidenti CNN kanalına deyib ki, bu araşdırmalar nəticəsində krossovka istehsalında yeni texnologiyalar tətbiq ediləcək. Sınaqların gələn ilin əvvəli başlayacağı gözlənilir.