Sevgi cərəyanı. Empowered Electric şirkətinin qurucusu evlilik üçün necə yoxsulluqdan qurtulub və milyonluq biznes qurub

Date:

Paylaş:

Josh Levine əlverişsiz bir ərazidə böyüyüb. Evlənmək istəyi və gələcək qaynanasından gələn gözlənilməz zəng onu öz işini qurmaq üçün ayağa qaldırdı. Levine-nin Empowered Electric elektromontaj şirkəti Inc.com versiyasına görə ABŞ-ın ən sürətlə inkişaf edən bizneslərinin siyahısına düşüb – son üç ildə onun gəliri demək olar ki, 2 min % artıb və 2018-ci ildə 3,6 mln. dollar olub. Bundan başqa, Levine öz seqmentinə görə ən nüfuzlu Instagram-hesabına malikdir. O, yalnız sosial şəbəkələrdən işçilər yığır.

Uşaqlıq travmaları

Anam 16 yaşında mənə hamilə olub. Ögey valideynləri onunla pis rəftar edirdilər. Sağ qalmaq üçün anam çətin qərarlar verməli olub. Onun üçün əsas olan evimizin olması idi.

Bir dəfə biz bütün bir həftəni ancaq donuz əti yemişdik. Hələ bir dəfə gölməçədə balıq tutub elə oradaca yeməli olduq, çünki, su təchizatını kəsmişdilər.

Mən heç vaxt özümü təhlükəsizlikdə hiss etməmişəm və gələcəyimdən arxayın olmamışam. Təhsildə və idmandakı uğurlarıma baxmayaraq, özümü həmişə yaramaz bir uşaq kimi hiss etmişəm. Hələ də elə hiss edirəm – öz təbiətinlə bacarmaq çox çətindir.

Empowered Electric rəqəmlərdə:

ABŞ-ın ən sürətlə inkşaf edən bizneslər siyahısında 210-cu yer.

3,6 mln. dollar – 2018-ci ildəki gəliri.

7 mln. dollar – 2019-cu ilə gözlənilən gəlir.

1,944% – üç il ərzində gəlir artımı.

Şirkətdə işçi sayı – 40.

İşə və ya doğum evinə

Məktəbdəki sevgim Bridget-in sayəsində mən elektrik oldum. 20 yaşım tamam olanda onunla evlənmək qərarına gəldim. Atasından kömək istəsəm də rədd cavabı aldım və stabil iş axtarmalı oldum. Əczaçı şirkətində qaynar xətdə işləyəndə birdən Bridget-in anası mənə zəng etdi və elektrik işinə düzəlmək üçün mənə kömək təklif etdi. Elə həmin gün işdən çıxmaq barədə ərizə yazdım.

Əvvəl heç işləyə bilmirdim. Yeni sahədə heç bir təcrübəm yox idi, amma mən sevgimdən başımı itirmişdim və əzmlə çalışmağa hazır idim. İlk gün üç cərəyan şəbəkəsini quraşdırmağa iki saat vaxtım getdi – özümü kloun kimi hiss edirdim. Əlavə olaraq, gecə növbəsinin əvəzində transformatorların quraşdırılmsı və lampaların təmiri üzrə dərslərə yazıldım.

İkinci ili məni usta təyin etdilər. Bu vaxt biz Bridget-lə artıq evli idik və ilk uşağımız olmuşdu.

Həmin şirkətdə rəhbərliyin işçilərə münasibəti mənim xoşuma gəlmirdi. Məzuniyyətlərimiz demək olar ki olmurdu – ən yaxşı halda bir həftə. Hətta bu halda belə rəhbərlər məzuniyyətə getməməyimiz üçün əllərindən gələn hər şeyi edirdilər. Bridget ikinci dəfə hamilə olanda mən qərar veməli oldum – ya onu dəstəkləmək üçün evdə qalmalı ya da iş növbəsinə çıxmalı idim. Nəticədə işə getmək qərarına gəldim.

Telefon qəsbkarlığı

Tikintidə bir çoxları kadr çatışmazlığından danışırlar, amma mən bunu müşahidə etmirəm. Məsələ orasında deyil ki, gənclər gərgin əməklə işləmirlər və ya Z nəsli su təchizatı təmiri ilə bağlı video oyunlara üstünlük verirlər. Mən öz təcrübəmdən deyə bilərəm ki, ixtisassız da yaxşı elektrik olmaq mümkündür. Çatışmayan bir şey varsa o da yaxşı tikinti şirkətlərinin olmamasıdır.

Mən 2015-ci ildə Empowered Electric şirkətini yaradanda  Bridget-lə artıq dörd uşağımız vardı. Birgə ailə həyatımızın ilk günündən evə pul gətirməli oldum. İşim olsa da vaxtımın çox hissəsini biznes dünyasına qoşulmağa çalışırdım və hər dəfə məni ələ salırdılar. Buna alışmışam – yuxarı sinifdə sinif yoldaşlarım tez-tez mənim kasıb olmağıma gülürdülər.

Bir dəfə mən baş podratçının ofisinə daxil oldum və bildirdim: mənim bir əməkdaşım və biznesdə üç günlük təcrübəm var. Mənə rədd cavabı verdilər. Onda mən belə qərara gəldim ki, bu şirkətin vitse-prezidentinə hər ay zəng edim. O, bizə bir bərbərxanadakı cərəyan şəbəkəsi qurmağa  5 min dollar təklif edənədək 9 ay  belə davam etdi. Bugün bu firma bizim ən iri müştərilərimizdən biridir.

Instagram-ın gülən elektrikləri

Düzü, bütün həyatım boyunca adi elekromontaj işində çalışmaq fikrindən təngə gəlmişəm. Şirkətlərin əksəriyyəti az əmək haqqı ilə işləyən yüksək ixtisaslı mütəxəssislər axtarırlar. Mən motivasiyalı insanlar axtarıram – buna görə də Instagrama keçdim.

Maraqlıdır ki, tikinti şirkətləri hələ də sosial şəbəkələrdən istifadə etməyi öyrənməyiblər. Biz lap əvvəldən çəkiliş qrupu ilə işləməyə və ölümcül musiqili reklam çarxları hazırlamağa başladıq.

Bəzi iş axtaranlar baxışdan dərhal sonra bizə zəng etdilər. Mən də vaxtımı boş yerə itirmədim –baxışları təhlil edirdim və insanların bizim komandaya qoşulmalarını istəyib-istəməyəcəklərini bilmək üçün telefon arxasında otururdum. Son 11 nəfər  bizə Istagram və Facebook-dan qoşuldu. Ştatın təxminən yarısını sosial şəbəkələrdən tapdıq.

Depresiyada olan milyonçu

Mən qeyri-adi həyat hekayəsi olanlara şans verirəm və təhsilləri üçün pul xərcləyirəm. Çünki bilirəm: eynilə mən böyüyən şəraitdə böyüyən 12-17 yaşlı uşaqlara işə düzəlmək ən böyük faciə kimi gəlirdi.

Əlbəttə tapdığımız hər bir əməkdaş ideal deyil. Bir dəfə biz bir restoran qurduq və açılışına 3 gün qalmış ustamız iş növbəsinə çıxmadı. Onda mən sadəcə montajçı kəmərini taxdım və iş başına keçdim.

Əməkdaşlarımız bizim üçün çox dəyərlidirlər. Məzuniyyət üçün dəqiq yazılmış şərtlərimiz hələ ki olmayanda istirahət günləri verirdik. Ailəsində problem olanlar ailə psixoloquna göndərilirdi və pulu da ödənilirdi.

Hal-hazırda 40-a yaxın əməkdaşımız var. 2018-ci ildə gəlirimiz 3,6 mln. dollar olub,  bu il isə7 mln.dollara doğru gedirik. Amma uşaqlıq travmalarıma görə mən hələ də tez-tez depresiyaya düşürəm. Nəsə daim mənə bütün yaxşı olan şeylərin tez bitdiyini xatırladır. Amma mən yenə də səhərlər dururam, duş qəbul edirəm və geyinib işə gedirəm.

Bridget-in atası isə mənlə nəhayət ki, fəxr edir və hətta istəyir ki, mən onu Empowered anbarında işə düzəldim. Yəqin ki, elə belə də olacaq, amma dərhal yox – o buna layiq olmalıdır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...