Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev bu ölkənin ən varlı biznesmenləri siyahısına düşüb.
385 milyon dollar var-dövlətə malik olan V.Əliyev Ukraynanın ən zəngin iş adamları siyahısında 18-ci yeri tutub.
50 nəfərin daxil olduğu siyahıya biznesmen Renat Axmedov başçılıq edir. Onun var-dövləti 9 milyard 629 milyon dollar səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, Ukrayna vətəndaşı olan Əliyev Vaqif Əhməd oğlu 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olub. 1982-ci ildə valideynləri ilə birlikdə Rusiyanın Kislovodsk şəhrinə köçüb. Onun yeniyetmıə yaşlarından ticarətlə məşğul olduğu, 18 yaşında özünə mənzil və avtomobil aldığı da bildirilir.
V.Əliyev “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. Evli olan iş adamının Natella Krapivina və Alina Əliyeva adlı iki qızı var.
O, 2020-ci ilin sonunadək Ukraynada 9 iri ticarət mərkəzi açmaq istədyini bildirib.