Bu ilin III rübündə “facebook” sosial şəbəkəsi 17,7 milyard ABŞ dolları gəlir əldə edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 29% çox, ekspertlərin proqnozlarından isə təxminən 2% çoxdur.
Rüb ərzində “Facebook”un xalis mənfəəti isə illik müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb.
Maliyyə göstəriciləri açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmlərini 3%-ə yaxın dəyər qazanıb.
Qeyd edək ki, hazırda “Facebook”da 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur.