“Azərbaycan istehsalı olan meyvə şirələri dünyanın 50-ə yaxın ölkəsinə göndərilir”.
Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Avrasiya forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqlim şəraitindən yararlanaraq fərqli kənd təsərrüfatı məhsullarını yetişdirir: “Azərbaycanda meyvə şirələrin hazırlanması ənənəvi sahədir. Meyvə şirələrinin istehsalı ümumi istehsal sahəsinin 40 faizini təşkil edir”.
Nazir müavini vurğulayıb ki, ötən il 29 milyon litr meyvə şirələri istehsal edilib, 2017-ci ildə isə bu göstərici 22 milyon litr təşkil edib: “Ən böyük məqsədlərdən biri meyvə şirələrin ixracını genişləndirməkdir”
©Report