İndiyə qədər Azərbaycan Latviya iqtisadiyyatına 164 milyon ABŞ dolları, Latviya isə Azərbaycan iqtisadiyyatına 84 milyon dollar investisiya qoyub.
Bu barədə jurnalistlərə açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Danis Qarançis məlumat verib.
O, həmçinin deyib ki, hazırda Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.