Samsung şirkəti tərtibatçılar konfransında elastik ekranlı yeni smartfonun konseptini göstərib – qatlanan telefon. Bu barədə The Verge yazır.
Şirkət cihazın xarakteristikalarını, buraxılış tarixini və adını açıqlamır. Smartfon qatlanan formada kvadratı xatırladır.
Smartfon daha çox ekranı 90 dərəcə altında qatlanmış vəziyyətdə istifadə olunur. Bu zaman əsas mənzərə yuxarı hissədə əks olunur, aşağıda isə idarəetmə paneli görünür.
Ekranının diaqonalı 6,7 dyümdür və cihaz 2020-ci ilin əvvəlində buraxılacaq.