Rusiyanın Nəqliyyat Nazirliyi metro stansiyalarında və dəmir yolu platformalarında plastik və şüşə qabları, həmçinin alüminium qutuları təhvil alacaq fandomların quraşdırılmasını təklif edib.
Bizplus.az-ın verdiyi xəbərə görə, hər butulka və qutuya görə gediş kartına bonuslar yüklənəcək. Sakinlər həmçinin avtomobillərin parkinq ödənişləri üçün ballar qazana biləcəklər.
İlkin mərhələdə ideyanı paytaxt, Nijeqorod və Sankt-Peterburq metrolarında həyata keçirmək planlaşdırılır.
May ayının sonunda Baş nazir Dmitri Medvedev butulkaların mağazalara verilməsini yenidən bərpa etməyi tapşırmışdı. Bu təşəbbüsün reallaşdırılması ekoloji problemlərin həllinə yardım edəcək. Həmin problemlər arasında ən əsası zibil problemidir.
Daha sonra pərakəndə satış şəbəkələrindən biri bəzi mallara 10% endirim qarşılığında alüminium qablar və plastik butulkalar qəbul etdiyini elan etmişdi.