Bir müddət əvvəl Çin şirkəti öz avtomobilini buraxmaq niyyətində olduğunu bəyan etmişdi və onun təqdimatı hələ keçən il reallaşmalı idi.
Lakin təqdimatının vaxtı təxirə salınmağa başladı, nəticədə isə layihədən imtina etmək qərarına gəldilər.
Huawei-də avtomobil bazarını elektrokarlarla fəth etmək planlaşdırılırdı, lakin rəhbərlikdə perspektivləri qiymətləndirdilər və avtomobil bazarında çox yüksək rəqabətin olması səbəbindən düşündüklərindən imtina etməyə qərar verdilər.
Buna baxmayaraq, Huawei avtomobil sənayesində iştirakdan tamamilə imtina etməyi planlaşdrmır və diqqətini maşınlar üçün “ağıllı” texnologiyaların yaradılmasına yönəldir.