Vatikan, Click to Pray mobil tətbiqinə qoşulan eRosary elektron təsbehini istifadəyə verib. O, gəncləri katolik etiqadına səsləyir. Bu barədə Engadget yazır.
Bu elektron təsbehlər on qara aqat hematit muncuqdan və “ağıllı” xaçdan ibarətdir. Həmin xaçda məlumatlar toplanıb. Mobil tətbiqi aktivləşdirmək üçün xaçı smartfonun ekranına yaxınlaşdırmaq kifayətdir.
Tətbiq fərdiləşdirilmiş dini məzmuna, duaları tədris edən audioyazı və mətnlərə malikdir. Click to Pray-də hər dua üzrə öz inkişaf səviyyənizə nəzarət etmək mümkündür.
Təsbehlərin fitnes-qolbaq funksiyasıda var. Tətbiqdə sağlamlıq durumuna da nəzarət funksiyası var: ərimiş kalorinin, atılan addımların, gedilən məsafənin hesabı və digər parametrlər.
Click to Pray tətbiqi iOS və Android üçün keçərlidir. Elektron təsbehlərin qiyməti 110 dollardır. Qolbağı Acer şirkəti hazırlayıb. O, bundan əvvəl “ağıllı” budda təsbehlərini hazırlayıb və onlar dua zamanı mantrların sayını hesablamaq üçün nəzərdə tutulub.