Şəkilə əsasən kalorini təyin edən tətbiq hazırlanıb

Date:

Paylaş:

Foodvisor adlı yeni tətbiq yeyəcəyiniz qidanın çəkisini və kalori miqdarını şəkilə uyğun olaraq təyin edə bilir.

Fransızlar tərəfindən yaradılan bu tətbiq kameranın avtofokus məlumatlarından istifadə etməklə telefonla boşqab arasındakı məsafəni müəyyən etməyə çalışır. Bu barədə TechCrunch xəbər verir. Sonra isə o qidanın həcmini hesablayır və kalorini təyin etməyə çalışır. Bütün prosedurdan sonra istifadəçi yeməyə hazırlaşdığı qida haqqında məlumat əldə edir – kalori, zülallar, karbohidratlar, yağlar, liflər. Qida məhsullarının “faydalılıq reytinqi” var, onlardan istifadə etməklə süni zəka istifadəçiyə pəhrizə riayət etməkdə yardımçı olur.

Bu tətbiq vasitəsilə həm də digər analoji tətbiqlərdə də olduğu kimi məhsul əlavə edə, fiziki aktivliyinizə nəzarət edə və həmçinin, qeydiyyatdan keçmiş dietoloqla əlaqə yarada bilərsiniz. Proqram 2018-ci ildə Fransada buraxılıb və 1,8 milyon istifadəçisi var. Hal-hazırda ondan Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və ABŞ-da da istifadə edilir. Demək olar ki, 2 il ərzində startap 1,% milyon dollar cəlb edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...