Azərbaycanda fəaliyyət göstərən 3 lizinq şirkətinə yeni direktor təyin edilib.
“A.Lizinq” ASC-yə rəhbərlik edən Zakir Bağırovu Vüsal Ağayev, “Meqa Lizinq” MMC-yə rəhbərlik edən Nəsimi Quliyevi Firudin İbrahimov, “NG Kapital Lizinq” MMC-yə rəhbərlik edən Səhrədar Məsiyevi isə Tural Nəbiyev əvəz edib.