Ən yaxşı biznes mühiti hansı ölkədədir?

Date:

Paylaş:

Y&R şirkəti ilə birlikdə Uorton universiteti biznes qurmaq üçün ən əlverişli ölkələrin reytinqini dərc edib. Fins.az xəbər verir ki, reytinq 80 ölkənin göstəricilərinə əsasən hazırlanıb. Araşdırmada həmin ölkələr istehsal xərcləri, bürokratiyanın səviyyəsi, vergi siyasətinin şəffaflığı və korrupsiya üzrə qiymətləndirilib.

1. Panama

en yaxsı biznes

Siyahıya liderlik edən Panama reytinqdə yer alan yeganə Mərkəzi Amerika ölkəsidir. Panama “vergi cənnəti” sayılır və buraya dünya kapitalı axır. Lakin siyahıya liderlik etməsinə baxmayaraq, Panama ən korrupsiyalı ölkə hesab olunur.

Maraqlı ola bilər: Biznes qurmaq üçün ideyalar

2. Lüksemburq

en yaxsı biznes

Lüksemburq isə Qərbi Avropada yerləşən “vergi cənnətidir” və buraya da dünya sahıbkarları xüsusi diqqət yetirirlər.

3. İsveçrə

en yaxsı biznes

İsveçrə tarixən biznes açmaq üçün ideal məkan hesab olunub. Burada çox əlverişli vergi mühiti, şəffaf dövlət siyasəti və korrupsiya aşağı səviyyədədir. Bundan başqa, ölkə həyat keyfiyyəti göstəricilərinə görə liderlər siyahısındadır.

4. Danimarka

en yaxsi biznes

Qeyd edək ki, reytingdə dominant pozisiyanı Şimalı Avropa ölkələri tutur və Danimarka bu siyahıya liderlik edir. Burada korrupsiya çox aşağı səviyyədədir, şəffaflıq isə əskinə, yüksək səviyyədədir. Burada ixtisaslı işçilərin sayı da yüksəkdir. Adambaşına düşən ÜDM – 45 700 dollar təşkil edir. Danimarkanın paytaxtı Kopenhagen böyük sənaye və maliyyə mərkəzidir.

Maraqlı ola bilər: Kiçik biznes qurmaq üçün ideyalar

5. Finlandiya

en yaxsi biznes

Finlandiya Norveç və İsveç ilə birgə  apardığı dövlət siyasətinin yüksək şəffaflığı və korrupsiyanın aşağı səviyyəsinə görə “Skandinaviya” modelinə uyğun gəlir.

6. İsveç 

en yaxsi biznes

İsveç Norveç kimi kapitalizm və azad bazara əsaslanır. Bu zəngin və inkişaf etmiş bir dövlətdir. Vergi mühiti digərləri kimi əlverişli olmamasına baxmayaraq, İsveç reytinqə dövlətin iqtisadi siyasətinin yüksək şəffaflığına və korrupsiyanın demək olar ki, 0 səviyyədə olmasına görə daxil edilib.

Maraqlı ola bilər: Biznes ideyası olan tələbə nə etməlidir?

7. Kanada

en yaxsi biznes

Kanada Şimali Amerikanın reytinq siyahısına  daxil olan yeganə ölkədir. Xidmət sektoru ölkənin ən böyük drayveridir.

8. Yeni Zellandiya

en yaxsi biznes

Yeni Zellandiya çox inkişaf etmiş turistik infrastrukturu ilə, həmçinin güclü ixrac bazarı, xüsusilə də kənd təsərrüfatı
sayəsində fərqlənir.

Maraqli ola biler: Çində iş qurmaq üçün biznes ideyaları

9. Norveç

en yaxsi biznes
Skandinaviya ölkələrinin bir çoxu kimi, Norveç yüksək vergi dərəcələri ilə fərqlənir. Lakin şəffaflığın səviyyəsi və korrupsiyanın olmaması Norveçi siyahıda 9-cu yerə yüksəltdi.

Maraqlı ola bilər: Minimum sərmayə ilə biznes qura biləcəyiniz 5 ölkə

©fins.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...