Nissan Motor Co.-nun direktorlar şurasının sədri Carlos Gon 2018-ci ilin noyabrında qonorarının sayını gizlətməkdə ittiham olunaraq həbs edilir. Keçmiş baş direktor Hiroto Saikawa builin sentyabrında istefa verməli olur. Səbəb – bonusların həcminin artırılması münaqişəsi: o, gözləniləndən 439 000 dollar çox pul alır.
O vaxtdan şirkət yeni baş direktor axtarırdı. Onun adını oktyabrın sonunda açıqlamalı idilər. Amma bu çərşənbə axşamı günü baş tutan mətbuat konfransında gözlənilməz xəbər verilir Şirkətə, Nissan-da on il yarımdan çox işləmiş 53 yaşlı Makoto Uchida başçılıq edəcək. Uchida vəzifəsinin icrasına 2020-ci ilin 1 yanvarından başlayacaq. Yeni rəhbərliyin qarşısında duran vəzifə azalan gəliri bərpa etmək, əsas səhmdar Renault-la münasibətləri qaydaya salmaq və əvvəlki direktorlarla qalmaqallardan yaxa qurtarmaqdır.
Reuters yazır ki, Uchida-nı şirkətdə feodal qrupuna aid biri hesab edirlər. Həmkarları bildirirlər ki, o daxilən yapon olmayan bir yapondır və sanki yaponiyalı əcnəbidir.