Apple şirkəti yeni patentə imza atıb – bu dəfə parçasında datçiklər olan ağıllı geyim hazırlanıb.
Apple sağlamlığa nəzarət etmək üçün sensorlarla təchiz olunmuş yumşaq sürüşkən zolağı təsvir edən patentə görə müraciət edib. Gadget parçaya toxumaq üçün nəzərdə tutulub.
Şirkət orqanizmin həyat üçün vacib funksiyalarına nəzarət edən texnologiyanı birbaşa geyimə tətbiq etməyi planlaşdırır. Digital Trends qeyd edir ki, artıq ağıllı Apple Watch saatları nəbzi yoxlaya və ürəyin ritmlərini çəkə bilir. Bu funksiyaları yəqin ki, ağıllı geyimə də köçürəcəklər. Digər mümkün funksiyalar arasında qan təzyiqinin, nəfəs alıb-vermə tezliyinin, həmçinin, qanda şəkərin və oksigenin səviyyəsinin ölçülməsi də var. Bildirilir ki, ağıllı geyim digər cihaza məlumatlara nəzarət etmək və onları sinxronlaşdırmaq üçün simsiz rabitə ilə qoşulacaq.
Söhbət, çox güman ki, yeni iPhone və Apple Watch-dan gedir. Cihazı səsli göstərişlərin köməyi ilə birbaşa idarə etmək də mümkün olacaq. Parçaya toxunmuş sürüşkən material sayəsində treker daim dəri ilə təmasda olur və beləcə məlumatları rahat oxuya bilir. Ağıllı geyimin bədənə sıx yoxsa boş olacağı hələ ki bilinmir. Patent belə hesab edir ki, ağıllı geyim, elektron komponentlərin zədələnmədən yuyulması üçün davamlıdır.