Analitiklər, qurucuları arasında ən azı bir qadının olduğu şirkətlərin tam olaraq kişilərin rəhbərlik etdikləri startaplarla müqayisədə daha çox vençur pullar cəlb etdiyini aşkar ediblər. Amma “qadın” şirkətlərinin sayı bütün dünya üzrə 22% təşkil edir.
Bloomberg xəbər verir ki, Kauffman Fellows mərkəzinin dərc etdiyi araşdırma rəhbər qadınların şirkətə nə kimi faydasının olduğunu göstərir. Məsələn, əgər həmin qadınlar arasında heç olmasa bir nəfər olarsa o zaman startap orta hesabla 21% daha çox səhm cəlb edir.
Ekspertlər 2001-2018-ci illər arasındakı müddət ərzində vençur kapitalla maliyyələşmiş 90 min amerikan şirkətini təhlil ediblər. Həm qadınların həm də kişilərin rəhbər olduqları startaplar ilkin mərhələlərdə təxminən ancaq kişilərin başçılıq etdikləri şirkətlərin qazandıqları qədər pul qazanıblar.
Amma artıq üçüncü və dördüncü maliyyə raundlarında həm də qadınlar tərəfindən yaradılan startaplar təxminən 23 milyon dollar cəlb ediblər – bu, kişi rəhbərlərin şirkətlərinə edilən 18 milyon dollar yatırımla müqayisədə belədir.
Araşdırmaçılar qeyd edirlər ki, pis bir xəbər də var. Belə ki, bütün dünya üzrə ancaq təxminən 225 startapda yaradıcılar arasında heç olmasa bir qadın var.
Bundan başqa, qadınların başçılıq etdikləri şirkətlər hələ də maliyyə məsələlərinə gəldikdə çətinliklə qarşılaşırlar. Məsələn, aralarında heç olmasa bir rəhbər kişi yoxdursa onları ciddiyə almır və ya ümumiyyətlə rədd edirlər.
PitchBook-un məlumatına görə, 2018-ci ildə startaplara qoyulan 130 milyard dollardan cəmi 2,2% -i bütövlükdə qadınlar tərəfindən yaradılan şirkətlərə gəlib. Ernst&Young analitikləri həm də araşdırıblar ki, yalnız 7% qadın onlara qadınların rəhbərlik etməsinə razıdır.