SOCAR Rusiyadan 60 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırır

Date:

Paylaş:

SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) planlı təmirə dayandırılması ilə əlaqədar Rusiyadan və Qara dəniz ölkələrindən 120 min ton AI-92 markalı avtomobil benzini idxal etməyi planlaşdırır.

“BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq biz Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırırdıq. 60 min ton yanacaq Rusiyadan, qalan 60 min ton isə Qara dəniz hövzəsi ölkələrindən idxal ediləcək. Ancaq ötən illərin təcrübəsi göstərir ki, idxalın faktiki həcmi planlaşdırıldığından xeyli az ola bilər”, – deyə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov  açıqlamasında bildirib.

Xəbər verildiyi kimi, qurğulara planlı texniki baxışın keçirilməsi üçün BNEZ-in fəaliyyəti bu gündən dayandırılıb. Lakin zavodda paralel olaraq daha keyfiyyətli yanacaq istehsalına yönəlmiş modernləşmə işləri aparıldığından təmir işlərinin müddəti də uzanır. Bu baxımdan hər il xaricdən müvəqqəti olaraq benzin idxalına zərurət yaranır. Bu il zavodun fəaliyyəti oktyabrın 24-dək dayandırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...