Onlayn təhsil platforması Coursera universitetlərə tələbələrin və müəllimlərin təhsilində onun mühazirələrindən istifadə etməyə imkan verən layihə hazırlayıb. Onun məqsədi odur ki, dünya universitetləri aktual biliklərə yiyələnə bilsinlər.
Coursera for Campus adlanan bu onlayn-platformanın mühazirələrindən istifadə etmək üçün universitetlərə artıq Coursera-nın tərəfdaşlıq ekosisteminin tərkib hissəsi olmaq lazım gəlməyəcək. Universitetlər öz proqramlarına 3,6 mindən çox adda aktual kurs daxil edə biləcəklər.
Coursera-da deyirlər ki, kurslardan təkcə tələbələrin deyil, məzunların, müəllimlərin və universitet əməkdaşlarının təhsilində də istifadə etmək olar. Platformanın məlumatına görə, planet əhalisinin üçdə ikisi təhsil sahəsində geri qalır və tələb olunan bacarıqların mənimsənilməsindən məhrumdur.
Coursera belə hesab edir ki, bu, təlimçi-ekspertlərin olmaması problemi və təhsil proqramlarının məhdud imkanlarının olması ilə əlaqəlidir.
Coursera for Campus-da biznes, verilənlərin təhlili və emalı, layihələndirmə və maşınqayırma kimi müxtəlif sahələr üzrə kurslar var.
Coursera apreldə iş axtarma üzrə platformaya 103 milyon dollar cəlb edib.