“Apple” bugün macOS Catalina təqdim edəcək

Date:

Paylaş:

Daxili mənbələrdən əldə edilən məlumata görə, Apple bugün macOS Catalina 10.15-i təqdim edəcək. Sistemdə iTunes olmayacaq, əvəzində bəzi ayrıca proqramlar və Screen Time paneli olacaq və o, ikinci ekran kimi iPad-dən istifadəyə imkan verəcək. Amma yenilənməyə tələsmək lazım deyil.

iLand ekspertləri yenilənməyə təhrik edən bir sıra problemlərin siyahısını hazırlayıblar.

32 bitlik tətbiqlərdən imtina

macOS-da artıq 32 bitlik tətbiqlər işləmir. Onların sizdə olub-olmamasını bilmək üçün pulsuz Go64 tətbiqini yükləmək və kompyuteri skan etmək olar.

Təhlükə altında: köhnə soft, Adobe-dan proqramlar və digər. Catalina-ya kimi yenilənmədən sonra  onlarla ancaq virtualizasiya vasitəsilə, Parrallels Desktop və ya VMware Fusion-un köməyilə işləmək mümkün olacaq.

64 bit-ə keçid faylların nəzarətçisinə də təsir edə bilər. Bəzi proqramlar sənədlərin saxlanması formatını yeniləyəcək, onların əvvəlki OS və versiyalarla əlaqəsi olmayacaq.

Diskin bölünməsi

Ənənəvi olaraq, macOS kompyuter keçiricisini hissələrə bölməyib. Catalinada bu dəyişir – sistem artıq yalnız mütaliə üçün olan ayrıca bir hissəyə bölünmüşdür. Bununla Apple OS-i müdaxilədən qorumq istəyir.

Apple tətbiqlərin “notariat” qaydasını yeniləyib

“Notariatlaşmış” tətbiqlər Apple tərəfindən yoxlamadan keçib App Store-dan kənar geniş yayılmış tətbiqlərdir. Bu yoxlama məzmununa aid deyil, o sadəcə proqramı işləyənin “rəqəmsal qeydi”ni aparır. Notariatlaşmanın məqsədi istifadəçinin proqramla bağlı potensial təhlükə ilə əlaqəli bildirişdən qurtarmaqdır.

Hələ ki, bütün təkmilləşdircilər yeni standartlar üzrə prosedurdan keçməyiblər – buna görə də yüklənən proqramlar quraşdırma ilə bağlı xəbərdarlıq bannerləri göstərə bilərlər. 

Bu o demək deyil ki, Apple, App Store-dan olmayan və ya  ümumiyyətlə, notariat təsdiqi olmayan tətbiqləri quraşdırmağı qadağan edir. Bütün bunlar əvvəlki kimi açıqdır, amma potensial risklə bağlı bildirişlərlə müşayiət olunacaq.

Təhlükəsizliklə bağlı çoxlu bildirişlər

MacOS Catalina proqramlara girişlə bağlı sistem bildirşini göstərən iOS üslubunu qəbul edib. Artıq hər tətbiq məsələn, qovluqlara, daxili keçiricilərə və ya iCloud Drive-a girişlə bağlı razılıq əldə etməli olacaq.

Nasaz  yenilənmələr cədvəli

2019-cu ildə Apple-da öncədən dövri yenilənmələr olmayıb. İOS, iPadOS və macOS müxtəlif vaxtlarda çıxırlar. Bu, məsələn, “Xatırlatmalar” sinxronlaşması qaydasını pozub.

Mobil OS-da Apple nasazlıqların düzəldildiyi kiçik yenilənmələr təqdim edir. “Desktoplar”da da gözləməyə dəyər – daha stabil 10.15.1 və ya 10.15.2-yə kimi yenilənəcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...