Azərbaycan dünyada fındıq istehsalına görə 2-ci ola bilər

Date:

Paylaş:

Bu gün Bakıda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçirilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının, İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının, İslam İnkişaf Bankının təşkilatçılığı ilə baş tutmuş tədbir pomidorçuluğun və fındıqçılığın inkişafına həsr olunub.

Seminarı giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıb. O bildirib ki, nazirliyin əsas missiyalarından biri ölkədə aqrar sektora aid analitik baza formalaşdırmaqdır.

“Aqrar Tədqiqatlar Mərkəzinin pomidorçuluq və fındıqçılıq sahələri üzrə təhlilləri var. Yaxın vaxtlarda ölkədə 84 min hektara qədər ərazidə fındıq əkini sahələri formalaşdırılacaq. İntensiv texnologiyalar tətbiq etməklə hər hektardan 1,5 ton məhsul ala bilərik ki, bununla da Azərbaycan fındıq istehsalına görə dünyada Türkiyədən sonra 2-ci ölkə ola bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.

Bundan başqa, F.Fikrətzadənin sözlərinə görə, hazırda Türkiyə Azərbaycan və Gürcüstanla fındıq istehsalında qiymət siyasətinə, eləcə də xəstəliklərlə mübarizəyə dair müzakirələr aparır.

Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk 5-liyinə daxildir. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 74 min hektardır. Ötən il ölkədə 45,5 min ton fındıq istehsal edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...