Ən iri səhmdarlarının sıfıra çıxması üçün “WeWork” ən az $24 mlrd dəyərində qiymətləndirilməlidir

Date:

Paylaş:

“WeWork” əməkdaşlıq şəbəkəsinin ən böyük səhmdarı “SoftBank” elə hesab edir ki, şirkət minimum olaraq 24 milyard dollar dəyərində qiymətləndirilməlidir. Yalnız bu halda bank investisiya xərclərini geri qaytara biləcəkdir.

Bu haqda “Sandford C. Bernstein” in baş analitikinin araşdırmasına istinadən “Nikkei Asian Review” məlumat verib.

Qeyd edək ki, Yaponiyanın “SoftBank” bankı birgə fəaliyyət şəbəkəsinə ümumilikdə 7,5 milyard dollar sərmayə qoyub. Bu məbləğə gələn il üçün planlaşdırılan 1,5 milyard dollar və şirkətin xarici filiallarına qoyduğu 1,6 milyard dollar sərmayə daxil deyil. Analitik əlavə olaraq bildirir ki, şirkətin 20 milyard dollar dəyərində olduğu təqdirdə, “SoftBank” 1,3 milyard dollar zərər verəcək. Eyni zamanda, bank sahib  olduğu “Vision Fund” fondunu itirəcək.

Xatırladaq ki, “WeWork” Amerikanın ən bahalı startaplarından biridir və cari ilin yanvar ayında investorlar onu 47 milyard dollar dəyərində qiymətləndirmişdirlər. IPO keçirməyi planlaşdıran “WeWork”, son bir neçə ildə təqribən 3 milyard dollar itirib. “Financial Times” ın verdiyi məlumata görə, investorlar şirkətin icraçı direktorunun təsirindən ehtiyat edirlər.

Son olaraq “WeWork” IPO-nu ləğv etdi, icraçı direktoru Adam Neumann isə istefa edib. “Fitch Ratings” “WeWork” un kredit reytinqini iki səviyyə – B-dən CCC+ qədər endirib. “IPO baş tutmasa, “WeWork” un artım planını gözləmək üçün kifayət qədər maliyyə vəsaiti olmayacaq”, – deyə Fitch qeyd edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...