Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Binəqədi Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 6817 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarından “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC-nin direktrorunun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qərar qüvvədə saxlanılıb.
Elektrikquraşdırma sahəsində layihənin əvvəlindən sonuna qədər lazim olan bütün işlərin həyata keçirilməsi xidmətini həyata keçirən “Elektrik Quraşdırma və Təmir Tikinti” MMC 2016-cı ildən fəaliyyət göstərir.