“Amazon” üçüncü tərəf ticarət obyektlərinə, “Go” formatlı mağazalara tətbiq olunan texnologiyaların təqdim edilməsi imkanını nəzərdən keçirir.
Pərakəndə ticarət bazarının iştirakçıları xəbər verirlər ki, internet-nəhəngi, bu məsələ ilə bağlı hava limanları, kinoteatrlar və digər obyektlərdəki mağazalarla əməkdaşlığa başlayıblar.
Bu yolla “Amazon” riteyldə iştirakını genişləndirə və şəxsi əməliyyat göstəricilərinin onlayn-ticarətdən asılılığını azalda bilər. Bundan başqa, “Amazon” pərakəndə ticarət bazarı uğrunda rəqabət aparan şirkətlərlə sıx əlaqələr qurur və bu da qarşıda onun bulud biznesinin inkişafına səbəb ola bilər.
Hal-hazırda şirkətin idarəsi altında 16 “Amazon Go” mağazası var və bu mağazalardan müştərilər ənənəvi kassa və satıcılarsız, smartfon vasitəsilə alış-veriş edirlər. Artıq “Amazon” bu formatda əsas texnologiyaları digər şirkətlərin də pərakəndə bazarlarına köçürməkdə maraqlıdır.
Şirkət “Go” avadanlıqlarını hava limanlarındakı CIBO Express mağazalarında və Cineworld kinotetrlarında quraşdırmaqla bağlı danışıqlar aparır. “Amazon Go” texnologiyalarının üçüncü tərəf mağazalarına daxil olması ilə bağlı eksperiment artıq 2020-ci ilin birinci rübündə başlaya bilər, ilin sonunda isə artıq yüzlərlə belə mağaza olacaq.
“Amazon” belə hesab edir ki , pərakəndə ticarətdəki yenilənmə prosesi iki həftədən çox çəkməyəcək. Müştərilərin sistemə daxil olması üçün hansı tətbiqdən istifadə ediləcəyi bilinmir. “Amazon”un, öz tərəfdaşlarından satışdan faizlər , ya da ki, riteylerlərdən texnologiyalardan istifadəyə görə avans və aylıq ödəniş alacağı gözlənilir.
Şirkət 2021-ci ilin sonuna qədər 3000-ə kimi “Go” mağazası açmağı planlaşdırır. Amma bununla söhbətin şəxsi şəbəkələrin inkişafındanmı yoxsa texnologiyaların digər mağazalara daxil olmasındanmı getdiyi hələ ki məlum deyil.