Zuckerberg Facebook”un TikTok-la necə rəqabət aparacağından danışıb

Date:

Paylaş:

Facebook “TikToku”un hələ ki möhkəmlənmədiyi bazarlarda analoji Lasso tətbiqinin köməyi ilə onunla rəqabət aparacaq.

Bu barədə Facebook-un rəhbəri Marc Zuckerberg 2019-cu ildə əməkdaşlarla daxili görüş zamanı bildirib. 

Zuckerberg etiraf edib ki, TikTok Çinin həm vətəndə, həm də dünyada işləri yaxşı gedən ilk istehlakçı inetrnet məhsuludur. Onun sözlərinə görə. TikTok gənclərin xoşuna gəlir və bir çox ölkələrdə məhşurluq qazanıb. “Hətta Hindistanda o, İnstagramı belə geridə qoyub”, Zuckerberg qeyd edib.

TikTok-la rəqabəti Zuckerberg Lasso tətbiqi vasitəsilə edəcək. Onu Facebook 2018-ci ilin noyabrında buraxıb, hələ ki təkcə ABŞ-da işləyir. Funksiyasna görə TikTok-a oxşayır: orada da müsiqinin müşayiəti ilə qısa videolar çəkmək mümkündür.

“Biz Lasso-nu Meksika kimi, hələ ki TikTok-un bir o qədər də məhşur olmadığı ölkələrdə buraxmağı düşünürük. Və yalnız bundan sonra TikTok-la rəqabət aparmaq üçün onun böyük uğur qazandığı bazarlara çıxmağı planlaşdırırıq”, – Zuckerberg bildirib.

Facebook rəhbəri vurğulayıb ki, TikTok təşviqata yüksək məbləğdə pullar xərcləyir, reklamsız isə çoxlu istifadəçi sayını saxlaya bilməyəcək.

Zuckerberg əmindir ki, TikTok-un bazar məhsulları ancaq və ancaq artacaq və Facebook-un trendi tanımaq və ona rəhbərlik etmək üçün vaxtı var.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...