“Huawei” şirkəti Böyük Britaniyanın elmi tədqiqatlara sərmayələr yatıran “Oxford Sciences İnnovation” (OSİ) şirkətində pay sahibi olub.
Bu ilin iyul ayında “Huawei”in Niderlanddakı törəmə şirkəti “Huawei Technologies Cooperatief” əvvəlki ilin 4,1 milyon avro məbləğində olan səhmlərini satın alaraq 0,7 faizlik pay əldə edib.
Bundan əvvəl Oksford Universiteti “Huawei” ilə əlaqələrini kəsərək bir daha onlardan elmi tədqiqatlar üçün ianə qəbul etməyəcəklərini bildirmişdi. Belə bir addım ictimaiyyət arasında Böyük Britaniyanın “Huawei” ilə tərəfdaşlıqla bağlı yaranan narahatlıqla əsaslandırılmışdı.