Cari ilin 18 -21 oktyabr taxirində, Türkiyədə beynəlxalq “Startup İstanbul” tədbiri baş tutacaq. 140 ölkədən, 93.200-ə yaxın startup layihə təqdim edilmiş və 1%-dən az Startuplar qalib olaraq seçilmişdir.
Azərbaycandan təqdim olunan Botbox layihəsi Top 100 qaliblər sırasına daxil olaraq, həmin tədbirdə iştirak etmə hüququ qazanmış və qlobal investor və biznes müəssisələri önündə öz məhsulunu təqdim etmə imtiyazlarını əldə edib.
Bu unikal layihənin ən böyük özəlliyi, süni intellekti və biznesə aid məlumatları müasir dünyanın ən aktual kommunikasiya aləti olan chatbotlar vasitəsi ilə birləşdirərək xidmət eləcə də, satışı avtomatlaşdırmasına xitab etmək üçün ərsəyə gətirilmişdir.
Qeyd edək ki, Botbox Startapı bu ilin aprel ayında rəqəmsal ekspert Elmir Əliyev tərəfindən təsis edilib və SUP akselarasiya mərkəzində təkminləşdirilib. Startap komandasında Macarıstandan Murad Zamanov və Pakistandan Usama Noman-da yer alır. Startup qısa müddət ərzində yerli bazarda Accessbank və Azercell kimi brendlərlə yanaşı, İspaniyadan Natexo və ABŞ-dan Pizza P kimi brendləri də öz platformasına cəlb edə bilib.