Azərbaycanda e-ticarət platformalarında yeni ödəniş üsulu tətbiq ediləcək

Date:

Paylaş:

Azərbaycanda elektron ticarət (e-ticarət) platformalarında müştərilər ödənişlərini bir toxunuşla həyata keçirə biləcəklər.

Layihənin icrasına Azərbaycan Beynəlxalq Bankı cəlb olunub.

Hazırda qeyd olunan layihənin icrasına dair texniki və texnoloji imkanlar araşdırılır və ilkin olaraq ani ödənişlərin qəbulu üçün mobil nömrələrdən istifadə ediləcəyi nəzərdə tutulur. Belə ki, satıcıya məxsus mobil nömrə link şəklində alıcıya göndəriləcək, alıcı isə sözügedən linkə daxil olub, ödənişini apara biləcək. Alıcı həmçinin ödəniş səhifəsinə daxil olaraq, satıcının mobil nömrəsini daxil etməklə aldığı malın dəyərini ödəyə biləcək. Köçürülən məbləğ birbaşa satıcının kart hesabına yatırılacaq.

Qeyd edək ki, layihəni ilkin olaraq “Visa International” ilə, gələcəkdə isə “Mastercard” sistemi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...