Kredi kartlarını təkrar maliyyələşdirən startap təqdim olunub.
Bu barədə Bizplus.a Orxan Əhmədov-un qeydinə istinadən məlumat verir.
Tally – kredit kartlarını təkrar maliyyələşdirən Amerikan startapıdır. Yəni, siz gedib ən məşhur gedən bankın, ən yaxşı miles, cashback, discountları olan kredit kartını seçib, əldə etdikdən sonra, Tally tətbiqinə bağlayırsınız. Tally isə öz növbəsində dərhal həmin bankdakı krediti öz vəsaiti hesabına bağlayaraq, sizə aşağı faizlə kredit verir. Bir müştəri olaraq siz, həm aşağı faizli kredit, həm də bank kartının yaratdığı imkanlardan yararlanırsınız. Kredit faizi isə Tally-ə qalır.
Üstəlik Tally-də bir deyil, fərqli banklardan olan bir neçə kartı əlavə etmək olar. Bu ilin iyun ayında 50 milyon dollar yatırım alıb. İnternetdə bəzi şəxslər Tally-nin faiz siyasətini bəyənmir və böyük fərqin də olmadığını deyirlər. Amma yanaşma çox maraqlıdır.