“McKinsey” mağazası fəaliyyətə sentyabrın 27-də “Mall of America” ticarət mərkəzində başlayacaq(ABŞ-ın Minneapolis şəhərciyi), bu haqda Financial Times yazır. “McKinsey” yeni offlayn alış-verişin cəlbediciliyini artırmağa kömək edəcək yeni texnologiyaları sınaqdan keçirməyi planlaşdırır.
Yeni açılan mağazada müştərilər ağıllı güzgülər və alt geyimin lazım olan ölçüsünü axtarıb tapmağa kömək edən proqram təminatından istifadə edə biləcəklər. Alış-verişi kriptovalyuta vasitəsilə də həyata keçirmək mümkün olacaq.
Qeyd edək ki, mağazanın ümumi sahəsi cəmi 465 km2 təşkil edəcək və özündə bir neçə brendi birləşdirəcək. Sınağın birinci mərhələsində dəb və gözəllik sahəsində fəaliyyət göstərən dörd şirkət iştirak edir. Layihəyə “Microsoft” və digər texnologiya nəhəngləri sərmayə qoyub.
“McKinsey” icarə xərclərini çəkməyəcək, çünki şəbəkənin əldə etdiyi gəlir birbaşa riteylerlərə yönəldiləcək. Konsaltinq şirkəti “Modern Retail Collective” (“Müasir kollektiv riteyl”) adlı layihədən gəlir götürə biləcəyindən əmin deyil. “McKinsey” in əsas məqsədi statistikadır: rəhbərliyin fikrincə, pərakəndə satış sahəsində hansı həllərin işlədiyini başa düşməyə kömək edəcəkdir.