Azərbaycan şirkəti 28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində 800 min dollar dəyərində müqavilə imzalayıb.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.
“28-ci “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində Azərbaycan şirkəti 132 ton fındığın tədarükü haqqında 800 min dollar dəyərində müqavilə imzalayıb”, – deyə o, bildirib.
Lakin Y.Abdullayev təchizatçı şirkətin adını açıqlamayıb.
Xəbər verildiyi kimi, 24-27 sentyabr tarixlərində keçirilən sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur. Vahid ölkə stendinin ümumi sahəsi 415 kvadratmetrdir.