Mütləq şəkildə bir yerlərdən başlayın “Qatar yolda düzələr”-Müsahibə

Date:

Paylaş:

1.Salam ilk öncə Sizi tanıyaq ? 

Bu dəfəki müsahibimiz gənc yaşında öz təhsil şirkətini quraraq dövlət işindən imtina edən Babaxan Məliklidir.

Salam mən Babaxan Məlikli bakalavr Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə məzunam, magistraturanı isə Azərbycan Dövlət İqtisad Universitetində MBA Marketinq üzrə 2 ci kursda təshilimi davam etdirirəm. Hal hazırda Upper Education Tədris mərkəzinin və Business House təlim mərkəzinin təsiscisiyəm həmçinin Digital Marketing üzrə təlimçi və konsultantam.

2.Niyə Dil kursu açmaq fikirinə gəldiz ? 

Tələbəlik vaxtı universitetdə təlimlər təşkil edirdik sonrasında da tədris mərkəzlərinin birində 1 ildən çox marketinq meneceri kimi çalışdığım üçün sistemi demək olarki 0-dan əzbər bilirdim və birdə tanışlarımızla birgə görüşlərimizdə də niyə öz tədris mərkəzimi yaratmayaq deyə düşünəndə bu qərara gəldik. Həm də işlədiyimiz segment daha çox tələbələr ali təhsili və ya təhsil alan gənclər olduğu üçün onlarla işləmək rahatdır həmdə öz yaşıdlarınla işlədiyin zaman onların ehtiyaclarını bilib ona uyğun xidmət növləri təklif etmək daha olur.

3.Kurs açanda yaşınız çox azı idi. Bunun sizə yaradtığı çətinliklər nə idi ? 

Yaşımın az olması bəzən iş müsahibələrində görüşlər zamanı intervyu götürəndə “a sizsiz müdir” deyə sullar çox gəlir amma çətinlikdən daha çox üstünlüklər yaradıb mənə

Babaxan Məlikli
Babaxan Məlikli

4.DİA tələbəsi olaraq yaxşı bir dövlət işində işləmək kimi bir şansınız olduğu halda niyə məhz şəxsi biznes seçdiz ? 

Ola bilərdiki universiteti bitirdikdən sonra bir başa daha yaxşı işlərdə işləyə bilərdim ama mən özümü dövlət işində görmürdüm çünki monoton iş həmişə məni sıxıb, daha çətin şərtlərdə işləmək mənə stimul verir. Ən əsas da hər hansı sabit bir dövlət işində işləmək insanı passiv saxlayır yeniliklərə açıq olmur öz işinin sahibi olduqda isə insan istər istəməz hər şeyi öz əlində saxlayır.  Məsəslən normalda həftədə 40 saat işləyə bilərsiniz ama mən daha tez getmək istədiyim üçün 80 saat çalışıram

5.Şəxsi biznesin sizə görə çətinlikləri üstünlükləri nələrdir ? 

Müsbət cəhətləri  istədiyiniz zaman işə gəlib getmə zamanınız var tətilinizi özünüz təyin edirsiniz, hesabat verəcəyiniz kimsə yoxdu, işlədiyiniz zaman tez-tez saata baxıb iş nə vaxt qutaracaq demirsiniz hətta kursun ilk illərində saata baxırdımki 23:55-di tezbazar  axrıncı metro vaqonuna qaçaraq gedib çatdığım da az olmurdu. Çətinlikləri isə ola bilərki bütün işçilərimiz iş saatı bitdikdən sonra evlərinə getsinlər amma sən sabaha görüləsi işin varsa 18 saat işləmək məcburiyətindəsən bir neçə dəfə sabaha mütləq çatmalı işlər olduqda axşamı ofisdə sabahladığım olub.  Ən böyük çətinlik isə iş sənə səbrli olmağı öyrədir. Çünki biznesə başladığım vaxtdan tam 8-9 ay sonra ilk dəfə cibimə pul qoymaq qismət olub. 

6.Biznesdə ortaqla işləmək yaxşıdır yoxsa tək və niyə ? 

Ortaqlı işləməyində müsbət və mənfi cəhətləri var. 1-cisi düzgün partnyor seçməlisən. Seçdiyin adam investor yoxda sənin əməkdaşın, birgə çalışdığın şəxs olmalıdır. Yəni işlədiyin sahəni bilməsən də hər hansı bir bizneslə məşğul olmuş şəxs olmalıdır səni tamamlamalıdır. Məsələn sən biznesi inkişaf etdirdikdə o geridə qalanları nəzarət edib saxlamalıdır. Sadəcə bir tərəf pul qoyanda isə gələcəkdə çox problemlər yaşanır amma biznesin kiçikdən ortaya keçidi zamanı isə mütləq investorların olmasıda lazım gəlir. Amma mən bütün bizneslərdə daha çox *Partizan stili getdiyim üçün investorlara ehtiyac duymamışam.

7.Gələcəkdə hansı sahələrdə yeni biznes qurmaq istəyirsiniz ? 

Düzü bir neçə planlarımız var ama bunların konkret nə olduğunu deyə bilməyəcəm çünki fərqli sahələr var içlərində ama daha çox xidmət sahəsi üzrə olacağını deyə bilərəm.

Babaxan Məlikli
Babaxan Məlikli

8.Yaxşı biznes qurmaq üçün insanda hansı xarakter və vərdişlər tələb edilir.

Səbrli olmaq ən başlıcası, öyrənməyə açıq olmaq, Birdə ən önəmlisi NETWORKING: iştirak etmədyiniz tədbir qalmasın mütləq şəkildə.

9.Burdan özü biznesini qurmaq istəyən oxucularımıza nə demək istəyirsiniz ?

Sistemli olmaq lazımdır, yəni  bütün işləri öz üzərinizdə qurmayın elə bir sistem qurun ki siz olmadan da rahatlıqla işləyib sizə pul qazandıra bilsin. Risk etməyi sevmək lazımdır ətrafdakıların dediklərini boş verin sizi siz edən sizin atdığınız addımlardı: (sizin səhvləriniz, yalnış və doğru qərarlarınız  sizi siz edən kaş bunu ederdim bele edsən milyoner olardım deyil. Amma məsləhət alacağınız həmişə adamlar olsun  yanınızda. Mütləq şəkildə bir yerlərdən başlayın “Qatar yolda düzələr”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...