“eBay” internet-auksionunun prezidenti və baş direktoru Devin Wenig şirkəti tərk edir. O, “eBay” şirkətinə 2011-ci ildə qoşulub, 2015-ci ildən isə şirkətə rəhbərlik edirdi. Şirkət onun getməsinin səbəbini bildirməyib.
Qeyd edək ki, onun vəzifəsini müvəqqəti olaraq Scott Schenkel icra edəcək. O, buna qədər maliyyə direktoru vəzifəsində idi. CNBC bildirir ki, Devin-in getmə xəbərlərindən sonra eBay-in səhmləri 2% azalıb