Almaniyanın adidas-ı 2015-ci ildən sahib olduğu idmanla məşğul olma tətbiqi Runtastic brendini yeniləməsi barədə elan verib. Artıq Runtastic qaçış tətbiqi adidas Running, güc təlimləri üçün olan Runtastic Results isə adidas Training adlanır.
Hər iki tətbiq üç zolaqlı adidas loqotipinə malikdir. Yenilənmə Runtastic-in Facebook və digər sosial şəbəkələrdəki rəsmi cəmiyyətlərinə də tətbiq edilib.
Tətbiqlər rus dili də daxil olmaqla 15 dili dəstəkləyir. Şirkət bütün mövcud Runtastic funksiyalarını saxlayacağına və ancaq yenilərini əlavə edəcəyinə söz verir. Belə ki, yaxın vaxtlarda hesab vasitəsilə adidas Universe loyallıq proqramlarına daxil olmaq və məşqlərdə uğura görə bonuslar qazanmaq mümkün olacaq.
Qeyd edək ki, yaxın zamanlarda şirkət ancaq adidas Running və adidas Training-i inkişaf etdirməyi düşünür. Runtastic ailəsindən olan digər xidmətlərin yenilənməsi hələ ki dayandırılıb, onlar tətbiqlər mağazasından siliniblər.
Adidas Runtastic fitnes-tətbiq proqramçısını 2015-ci ildə 240 milyon dollara alıb.