Yenicə başlayan biznesmenlərin ən çox yol verdiyi səhvlər

0
1812

1. İlk növbədə hüquqi şəxs kimi qeydiyyatdan keçmək;

2. Müəssisənin operativ idarəetməsini dərhal digər bir şəxsə həvalə etmək;

3. Şəhər mərkəzində ofis kirayələmək;

4. İlk qazanılan pulu bahalı əşyaların, avtomobilin alınmasına və ya şəxsi sürücüyə sərf etmək;

5. Bütün ştat yerlərini doldurmaq, çoxlu işçi götürmək;

6. Çoxdan, uzun illərdi ki, çalışan rəqiblərə çatmaq cəhdi;

7. Yalnız ilham pərisinə ümidli olmaq;

8. Kreditə və borca girmək, onları gələcək mənfəət hesabına bağlamağa ümid etmək;

9. Yalnız pul qazanmaq xətrinə işlə məşğul olmaq;

10. Kiminsə köməyinə ümidli olmaq;

11. Biznesi kitablara əsasən idarə etmək;

12. Biznesi olmayan insanların tövsiyələrinə riayət etmək;

13. İşə şəxsi katib və ya katibə götürmək;

14. Bahalı sayt hazırlamaq;

15. Ənənəvi reklam növlərinə yatırım etmək;

16. Dərhal böyük dövriyyələrə girmək cəhdi;

17. Tezliklə biznesin özünün işləyəcəyinə və heç bir əlavə səy göstərmədən böyük gəlirlər gətirəcəyinə ümid bəsləmək;

18. Sənəd və hesabat işindən qaçmaq;

19. İmkanına görə yaşamaq;

20. Biznesin asan iş olduğunu düşünmək;

21. Pullarını dərhal fond bazarlarına qoymaq və foreks birjasına girişmək;

22. Qısamüddətli  pul arxasında qaçmaq;

23. İlk uğurların haqqında qabağına çıxan hər kəsə danışmaq;

24. Vaxtın çoxunu hərəkətə deyil, plan qurmağa ayırmaq;

25. Problemlərin öz-özünə həll olunacağına ümid bəsləmək;

26. Bütün əhatədəki insanları şərikə (tərəfdaşa) çevirmək;

27. Şəbəkə biznesində qeyri-adi məbləğlərə ümid bəsləmək;

28. Eyni anda bütün sahələrə girişmək;

29. Bahalı avadanlıq almaq;

30. Malı alarkən qiymət söhbəti aparmamaq, bazarlıq etməmək;

31. Neft, şəkər və qiymətli metallar ticarətindən başlamaq;

32. Qalan bütün iş adamlarını və biznesmenləri axmaq hesab etmək;

33. Xırda qazancları əhəmiyyət verməmək , onlara diqqətsiz yanaşmaq;

34. Xırda xərcləri nəzərə almamaq;

35. Biznes-klass ilə uçmağa başlamaq;

36. Təcrübəli biznesmenlərin tövsiyələrinə qulaq asmamaq;

37. Biznes görüşlərini bahalı restoranlarda keçirmək, tərəfdaşların və qonaqların hesabını ödəmək, ofisiantlar iri məbləğdə “çay pulu” vermək;

38. Ev, ailə və istirahət haqqında unutmaq;

39. Elə ilk ildəcə dünya şöhrəti qazanmağa çalışmaq;

40. İşə götürərkən düzgün seçim etməmək, bütün arzu edənləri, xüsusən yazığınız gəldiyi insanları işə götürmək;

41. Bütün əməkdaşları sosial paket ilə təmin etmək;

42. Daşınmaz əmlak bazarına girmək, ipoteka rəsmiləşdirmək;

43. Səriştəsiz qohumları işə cəlb etmək;

44. Bir  neçə kompaniya açmaq;

45. Bahalı mebel almaq və ziyarətçilərin gələcəyini gözləmək;

46. Dövlət və xarici tenderə ümid bəsləmək;

47. Əcnəbi partnyor və investor tapmağa cəhd etmək;

48. Daima səfərdə olmağa rəğmən biznesi idarəetməyə çalışmaq;

49. Biznesi atıb, yenidən əməkhaqqı ilə olan işə düzəlmək;

50. Tərəfdaşınızın sizin əvəzinizə bütün işi görəcəyini ümid etmək;

51. Tabeliyinizdə olan işçiləri maliyyə idarəetməsinə buraxmaq;

52. Müqavilələri oxumamaq;

53. Konkret üstünlüklər olmadan bazarı fəth etmək;

54. İri topdansatışla məşğul olmağa başlamaq;

55. Özünə “yuxarılarda adam tapmaq”;

56. Dövlətlə yalançı əlaqələrə güvənmək;

57. Administrativ resursların satışı ilə bağlı sövdələşmələrdə iştirak etməyə başlamaq;

58. Öz rəqiblərini yetərincə tanımamaq və qiymətləndirməmək;

59. Mərkəzi televiziya kanalında reklam vermək;

60. Mənzili girov qoymaq.