Yanvar-avqust aylarında ölkəyə 198 min 497 ton meyvə-tərəvəz idxal edilib.
Hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 119 milyon 632 min dollar olub.
Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 103 milyon 134 min dollarlıq 187 min 206 ton meyvə-tərəvəz idxal edilib.